ELM VƏ TƏHSİL
“Sınmış” ürəklər üçün bioloji yapışqan
Bakı, 28 iyul, AZƏRTAC
Amerikalı alimlər “sınmış” ürəklər üçün möhkəm bioloji yapışqan yaradıb.
AZƏRTAC “actualnews.org” saytına istinadla xəbər verir ki, yaş səthlərə asanlıqla yapışan bu biomaddə nəinki zədələnmiş ürək əzələsini, həm də digər insan orqanizminin toxumalarını birləşdirmə bacarığına malikdir.
Alimlərin sözlərinə görə, adi ilbizdən alınan maddə əsasında hazırlanan yapışqan yaraların müalicəsi və cərrahiyyə əməliyyatlarının aparılmasında istifadə oluna bilər. Yapışdırıcı səth və hidrogel təbəqələrindən ibarət olan bu tibbi yapışqan zədələnmiş toxumaların üzərinə adi plastır kimi qoyulur.
Yüksək möhkəmliyə malik bioyapışqan bükülmə və dartılma kimi hərəkətlərə davam gətirə bilir.
Elmi araşdırmalar göstərib ki, yeni yapışqanın istifadəsi zamanı heç bir yan təsir müşahidə olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]