CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edir...

Bakı, 4 avqust, AZƏRTAC

Sinoptiklər Azərbaycanda havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.

Avqustun 5-dən birinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin isti keçəcəyi ehtimal edilir. Maksimal hərarətin 35-40°, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarında bəzi günlərdə 43°, dağlıq rayonlarda isə 29-34° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əhali, xüsusən meteohəssas insanlar üçün çox əlverişsiz olacaq. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.