CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti dəyişəcək

Bakı, 22 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 24-dən 26-sı gündüzədək arabir güclənən şimal-qərb, şimal küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi gözlənilir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın bəzi rayonlarında iyulun 23-ü gündüzdən 25-dək arabir güclənən qərb küləyinin əsəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° aşağı enəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.