DÜNYA


Sinqapur aeroportu dünyanın ən yaxşı hava limanı hesab olunub

Bakı, 13 iyun, AZƏRTAC

AirHelp kompaniyasının tədqiqatlarının nəticələrinə görə, Sinqapurun Çanqi aeroportu dünyanın ən yaxşı hava limanı hesab olunub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıdakı 76 aeroport arasında ikinci yeri Münxen, üçüncü yeri Honkonq beynəlxalq aeroportu tutub. Hər üç hava limanı xidmətin keyfiyyətinə görə 10 baldan 10-unu alıb. Qiymətləndirmə zamanı reyslərin vaxtında yola salınması və qəbul edilməsi, habelə aeroportlardan sərnişinlərin Twitter sosial şəbəkəsində yerləşdirdikləri 130 min məlumatın təhlili nəzərə alınıb.

Reytinqin ilk onluğuna, həmçinin Kopenhagen, Helsinki, Sinsinatti, Barselona, Madrid, Oklend və Frankfurt aeroportları daxil olub.

AirHelp qeyd edir ki, tədqiqatın gedişində sərnişinlərin aeroportlarda uzun növbələrdən, yeməyin aşağı keyfiyyətindən və reyslərin yubanmasından daha tez-tez şikayətləndikləri üzə çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.