DÜNYA


Sinqapurda avtopilotla idarə olunan taksi testdən keçirilir

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də “nuTonomy” kompaniyası Sinqapurda test rejimində avtopilotla idarə olunan taksi ilə sərnişinləri daşımağa başlayacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniya rəhbərliyi bunun dünyada ilk belə servis olduğunu bildirib.

Kompaniya “Renault ZOE” və “Mitsubishi i MiEV” modellərinin bazasında küçələrə ümumilikdə 6 elektromobil çıxaracaq. Bu taksilər hələlik şəhərin şimalındakı rayonların birində pulsuz fəaliyyət göstərəcək. Avtomobillərdə sərnişinlərdən əlavə daha iki nəfər - gözlənilməz hal baş verdikdə idarəetməni üzərinə götürən sürücü və taksinin kompüter sisteminə nəzarət edən mühəndis oturacaq.

2018-ci ilədək avtopilotla idarə olunan tam həcmli taksi parkı qurmağı qarşısına məqsəd qoyan “nuTonomy”, həmçinin belə taksiləri ABŞ, Avropa və Asiyada da sınaqdan keçirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.