DÜNYA


Sinqapurda “yaşıl” otel tikiləcək

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC

“WOHA” memarlıq şirkətinin mütəxəssislərinin sonuncu layihələrindən biri də Sinqapurda tikiləcək “canlı” fasadı olan otel binasıdır. Qeyri–adi otelin fasad hissəsi şaquli formada yaşıllıqlarla örtüləcək.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, memarların fikrincə, otelin yaşıllıqlara qərq olması, mərtəbələrarası meydançalarda əkilmiş ağac və kollar Sinqapur kimi meqapolisdə əlavə istirahət zonaları yaradacaq və ərazinin ekoloji vəziyyətinə müsbət təsir edəcək.

Layihəyə görə, otelin ümumi sahəsi 19 min 416 kvadratmetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.