DÜNYA
Sinqapurun biznes mərkəzində 2 göydələn ucalacaq
Bakı 25 may, Ramiz Quliyev, AZƏRTAC
Sinqapurun biznes mərkəzində Niderlandın “UNStudio” arxitektura kompaniyasının layihəsi əsasında “V on Shenton” göydələni ucalacaq.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, çoxfunksiyalı kompleks başlıca olaraq 2 qüllədən ibarət olacaq. Belə ki, 24 mərtəbəli bina ofislər, 53 mərtəbə isə yaşayış üçün nəzərdə tutulub. Qüllələr sutkanın qaranlıq saatlarında göy rəngdə işıqlandırılacaq.
Layihəyə görə, binaların ən hündür yerində salınmış yaşıl bağlar sakinlər və işçilərin şəhərin səs-küyündən uzaqlaşmaq üçün istirahət məkanı rolunu oynayacaq. Eyni zamanda buradan şəhərə və dənizə gözəl mənzərə açılacaq.
Kompleksdə 588 avtomobil tutumuna malik parkinqin tikintisi planlaşdırılıb.
Maraqlıdır ki, layihə “Şenton-5” kimi oxunur ki, bu da göydələnlərin Shenton Way, ev 5 ünvanında yerləşməsi ilə əlaqədardır.