DÜNYA


Sinqapurun sabiq prezidenti vəfat edib

A+ A

Tokio, 23 avqust, AZƏRTAC

Sinqapurun sabiq prezidenti Sellapan Ramanatan avqustun 23-də vəfat edib. O, 1999-2011-ci illərdə Sinqapur Respublikasının ən uzunmüddətli dövlət başçısı olub. Bu barədə ölkənin Baş nazirin dəftərxanası məlumat yayıb.

Məlumatda deyilir: “Hökumətin başçısı və üzvləri adından vəfat edənin ailəsinə başsağlığı veririk”. 92 yaşlı S.Ramanatan iyulun sonlarında insultdan sonra ağır vəziyyətdə yerli xəstəxanaya yerləşdirilmişdi.

S.Ramanatan Sinqapurun ümumi seçkilər yolu ilə seçilən ikinci, ümumilikdə isə altıncı prezidenti olub. Buna qədər müxtəlif vəzifələrdə çalışan S.Ramanatan xüsusi xidmət orqanlarında, Xarici İşlər Nazirliyində işləyib, həmçinin Malayziyanın ABŞ-da səfiri olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.