İQTİSADİYYAT


Sintsyanda İpək Yolu üzərində yerləşən ölkələrinin ilk qadın forumu keçiriləcək

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 20-25-də Sincan-Uyğur Muxtar Vilayətinin inzibati mərkəzi Urumçi şəhərində keçiriləcək EXPO “Çin-Avrasiya” sərgisi ərəfəsində, sentyabrın 19-da İpək Yolu üzərində yerləşən ölkələrin ilk qadın forumu açılacaq. Tədbirdə 19 ölkənin 100-dən çox nümayəndəsi iştirak edəcək.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, forum “Biznesin yaradılması və məşğulluqda qadınlar üçün şanslar və çağırışlar” mövzusuna həsr olunub. Tədbirdə “İnternet +” qadınlar üçün inkişaf yeri, qadınların rəhbərlik qabiliyyəti və iqtisadi səmərəlilik, biznesin yaradılması və qadınların məşğulluğu kimi mövzular müzakirə ediləcək.

Sincan-Uyğur Muxtar Vilayəti Qadınlar Federasiyasının sədr müavini Xou Xanmin deyib: “İpək Yolu boyunca yerləşən ölkələrin qadınların birgə məşğulluğuna kömək göstərmək üçün böyük potensialı var”. X.Xanminin forumun uzunmüddətli əlaqələr və əməkdaşlıq mexanizmi olacağına ümidvar olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.