DÜNYA


Şinzo Abe ABŞ ilə birlikdə Şimali Koreyaya qarşı təzyiqi artırmaq niyyətindədir

Tokio, 16 may, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ-ın Sakit okean regionundakı hərbi rəhbərliyinin yüksək səviyyəli nümayəndəsinə bildirib ki, o, ABŞ ilə birlikdə Şimali Koreyaya qarşı təzyiqi gücləndirmək niyyətindədir.

Mayın 16-da Ş.Abe ABŞ-ın Sakit okeandakı donanmasının komandanı admiral Qarri Harrisonla görüşüb.

Baş nazir deyib ki, Şimali Koreya tərəfindən ötən bazar günü ballistik raketin buraxılması yolverilməzdir və hər iki ölkə üçün böyük təhlükə daşıyır. O bəyan edib ki, Yaponiya və ABŞ sıx əməkdaşlıq şəraitində Şimali Koreyaya qarşı təzyiqi artırmalıdırlar.

Ş.Abe, həmçinin ABŞ-ın “Carl Winson” aviadaşıyıcı gəmisinin və Yaponiya özünümüdafiə qüvvələrinin gəmilərinin iştirakı ilə bu yaxınlarda baş tutan hərbi təlimlərə də toxunub. Baş nazirin sözlərinə görə, həmin təlimlərin regionda sülhə və sabitliyə nail olmaq istiqamətində hər iki ölkənin qətiyyətli mövqeyini nümayiş etdirib.

Baş nazir qeyd edib ki, Yaponiya-ABŞ ittifaqı, şübhəsiz, Yaponiyada milli təhlükəsizlik və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın yeni qaydalarının müəyyən edilməsi məqsədilə qəbul edilən qanunlar nəticəsində daha da möhkəmlənib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.