DÜNYA


Şinzo Abe Avropa İttifaqı ilə azad ticarət barədə razılaşmanın imzalanmasını sürətləndirməyə çağırıb

Tokio, 20 mart, AZƏRTAC.

Yaponiyanın Baş naziri Şinzo Abe ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında azad ticarət barədə razılaşmanın imzalanmasını sürətləndirməyə çağırıb.

NHK telekanalının yaydığı məlumata görə, bunu Ş.Abe martın 19-da Almaniyada telekommunikasiya texnologiyaları yarmarkasının açılış mərasimində bəyan edib. O, mərasimdə Almaniya kansleri Angela Merkellə birlikdə iştirak edib.

Baş nazir azad və ədalətli ticarətin əhəmiyyətini vurğulayaraq hazırda mövcud olan və yalnız kiçik bir qrup insanın varlanmasına xidmət edən vəziyyəti tənqid edib. Vurğulayıb ki, mövcud vəziyyət yalnız möhtəkirlərin xeyrinədir.

Ş.Abe Yaponiya, Almaniya və Aİ-ni azadlıq, insan haqları və demokratiya kimi ümumi dəyərlər əsasında əməkdaşlığı genişləndirməyə çağırıb.

Yaponiyanın Aİ ilə iqtisadi əməkdaşlıq barədə razılaşma imzalamaq istəyini alqışlayan A.Merkel Alamaniyanın bu razılaşmanın əldə edilməsi üçün bütün gücünü sərf etməyə hazır olduğunu bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.