DÜNYA


Şinzo Abe Donald Trampla qarşılıqlı inama əsaslanan əlaqələrin qurulacağına əmindir

A+ A

Tokio, 19 noyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşüb. Görüşdən sonra Ş.Abe əminliklə bildirib ki, D.Trampla qarşılıqlı inama əsaslanan əlaqələr qurmağa nail olub.

NHK televiziya kanalının yaydığı məlumata görə, görüş Manhettendə yerləşən “Trump Tower” qülləsində baş tutub və bir saat yarım çəkib.

Yaponiyanın Baş naziri jurnalistlərə deyib ki, D.Trampla aparılan fikir mübadiləsi ciddi, açıq və mehriban şəraitdə keçib. Ş.Abe müxtəlif məsələlərlə bağlı prinsipial mövqeyini D.Trampa çatdırıb.

“Facebook” səhifəsində Şinzo Abe ilə gülərüz fotolarını yerləşdirən D.Tramp yazıb ki, öz evində Baş nazirlə görüş xoş şəraitdə keçib və bu, böyük dostluğun başlanğıcıdır.

D.Tramp ABŞ ilə Yaponiya arasında əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib.

“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın yeni Prezidenti dünya liderlərinin onun diplomatik siyasəti ilə bağlı narahatlığını sakitləşdirməyə çalışır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.