DÜNYA


Şinzo Abe İmperator tacının vəliəhdə ötürülməsi ilə əlaqədar xüsusi Şura yaradacaq

A+ A

Tokio, 16 sentyabr, AZƏRTAC.

Yaponiyanın Baş naziri Şinzo Abe İmperator Akihitonun könüllü şəkildə taxt-tacı vəliəhdinə ötürməsi ilə əlaqədar bu ayın sonlarında mütəxəssislərdən ibarət Şura yaradacaq.

Xəbər verdiyimiz kimi, avqust ayında 82 yaşlı İmperator Akihito televiziya vasitəsilə xalqa müraciət edərək sağlamlığı ilə əlaqədar öz vəzifələrinin icrasında çətinlik çəkdiyini bildirmişdi.

NHK televiziya kanalının yaydığı məlumata görə, Baş nazir Şinzo Abe parlamentin sentyabrın 26-da keçiriləcək növbədənkənar sessiyası zamanı məsələ ilə bağı Şuranın yaradılması planını açıqlayacaq.

Hökumətin bir çox rəsmi nümayəndələri İmperatorun statusu ilə bağlı qanunda dəyişiliklərin əvəzinə, monarxın taxt-tacı daha rahat təhvil verməsi üçün xüsusi qanun layihəsinin hazırlanmasını təklif edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.