DÜNYA


Şinzo Abe: Yaponiya hökuməti əhalinin inamını qaytarmağa çalışacaq

Tokio, 3 iyul, AZƏRTAC 

Yaponiya hökuməti hakim Liberal Demokratik Partiyasının (LDP) ağır məğlubiyyəti ilə nəticələnən Tokio assambleyasına seçkilərdən sonra əhalinin inamını qaytarmaq üçün çalışacaq. Bu barədə Baş nazir Şinzo Abe iyulun 3-də jurnalistlərə bəyan edib.

Baş nazir deyib: “Bu, prefektura əhalisi tərəfindən çox ciddi dəyərləndirmədir və biz bunu şiddətli töhmət kimi qəbul edirik. Bütün bunlar barəsində ciddi düşünmək lazımdır”.

Ş.Abe əlavə edib ki, biz bütün partiya ilə birlikdə çalışaraq müsbət nəticələrə nail olmaq və əhalinin inamını bərpa etmək niyyətindəyik.

Baş nazir qeyd edib ki, yaranmış vəziyyət dövlətin idarə edilməsi prosesinə mənfi təsir etməyəcək.

LDP-nin məğlub olması səbəblərinə toxunan Ş.Abe bildirib ki, hazırkı administrasiya artıq beş ildir hakimiyyətdədir və administrasiyanın işində yaranan zəiflik onun tənqid edilməsi ilə nəticələnib. “Bunu aradan qaldırmaq üçün biz bütün gücümüzü qoyacağıq”,- deyə Baş nazir vurğulayıb.

Xatırladaq ki, iyulun 2-də Tokio assambleyasına keçirilən seçkilərdə qubernator Yurike Koikenin başçılıq etdiyi koalisiya qalib gələrək 127 deputat mandatından 79-nu qazanıb.

Ş.Abenin rəhbərlik etdiyi hakim LDP isə seçkilərin tarixində ən aşağı nəticə göstərərək cəmi 23 yer əldə edib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.