DÜNYA


Şinzo Abe Yaponiyanın hakimiyyətdə daha çox qalan dördüncü Baş naziridir

Tokio, 6 dekabr, AZƏRTAC

Dekabrın 5-i Yaponiyanın Baş naziri Şinzo Abenin bu vəzifədə 1807-ci günü olub. Bununla da o, İkinci Dünya müharibəsindən sonra Yaponiyada ən çox hakimiyyətdə qalan dördüncü Baş nazir kimi ölkə tarixinə düşüb.

Bu müddət 1982-ci ilin noyabrından 1987-ci ilin həmin ayınadək Baş nazir olmuş Yasuhiro Nakasonenin hakimiyyətdə olduğu dövrdən bir gün çoxdur.

Şinzo Abe ilk dəfə Baş nazir vəzifəsini 2006-cı ildə tutub, lakin bir ildən sonra o, həmin vəzifəni tərk edib. 2012-ci ilin dekabrında yenidən həmin vəzifəyə seçilən Ş.Abe bu gün vəzifəsini icra edir. Onun Baş nazir olduğu dövrə birinci dəfə hakimiyyətdə qaldığı günlər də daxildir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.