DÜNYA


Şinzo Abe və Donald Tramp noyabrın 17-də görüşməyi planlaşdırırlar

A+ A

Tokio, 10 noyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp noyabrın 17-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının Peruda başlayacaq Sammiti ərəfəsində görüşmək barədə razılığa gəliblər.

Şinzo Abe ilə Donald Tramp arasında telefon danışığı noyabrın 10-da baş tutub.

D.Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edən Yaponiya lideri əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar onun rəhbərliyi ilə daha da qüdrətli dövlətə çevriləcək.

Söhbət zamanı Ş.Abe qeyd edib ki, Asiya-Sakit okean regionu qlobal iqtisadi inkişafın mərkəzi olmaqla bərabər, burada sülhün və sabitliyin bərqərar olması ABŞ üçün güc mənbəyidir. Baş nazir deyib ki, Yaponiya ilə ABŞ arasında mövcud olan ittifaq regionda sülhün və sabitliyin qorunması üçün həyati əhəmiyyətə malikdir. Sonra Ş.Abe yaxın günlərdə görüşməyi təklif edib.

Donald Tramp öz növbəsində Ş.Abe ilə görüşmək istədiyini və gələcəyə istiqamətlənən müzakirələr aparmaq niyyətində olduğunu deyib. Ş.Abenin iqtisadi siyasətini yüksək qiymətləndirən D.Tramp qarşıdakı illərdə Yaponiyanın Baş naziri ilə əməkdaşlıqdan məmnun olacağını bildirib, Yaponiya ilə ABŞ arasında xüsusi əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.

D.Tramp və Ş.Abe noyabrın 17-də Nyu-Yorkda görüşmək üçün hazırlıqların başlaması barədə razılığa gəliblər. Bundan sonra Ş.Abe Peruya, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının Sammitinə yollanacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.