CƏMİYYƏT


Siqaret çəkməyin başlıca təhlükəsi aşkar edilib

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Finlandiya alimləri müəyyən ediblər ki, tütün əleyhinə siyasət subaraxnoidal qansızmaların (insultun ölümlə nəticələnən forması) baş vermə tezliyini xeyli aşağı salmağa imkan yaradar.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Neurology” jurnalında dərc edilib.

Finlandiya həkimləri 15 il ərzində insultun tezliyini araşdırıblar. Məlum olub ki, qansızmaların tezliyi siqaret çəkənlərin sayından birbaşa asılı olub. İnsult halları yaşı 50-dən yuxarı qadınlarda 45 faiz, müvafiq yaşda kişilərdə 26 faiz azalıb. Bu zaman Finlandiyada 15-64 yaşında adamlar arasında siqaret çəkənlərin sayı 30 faiz azalıb.

Alimlərin sözlərinə görə, tədqiqatın yekunları səbəb-nəticə əlaqəsini göstərmir, lakin çox güman ki, hökumət orqanlarının siqaret çəkməyə qarşı mübarizəsi subaraxnoidal qansızma hallarının tezliyi göstəricisinə təsir edib.

Subaraxnoidal qansızma beynin torlu və yumşaq qabıqları arasındakı boşluqda qanın toplanmasıdır. Bu, arterial anevrizm və ya kəllə-beyin zədəsi səbəbindən inkişaf edə bilər. Baş beyin damarlarının anevrizmi yaşı 70-dən yuxarı insanların 10 faizində olur, lakin əksər hallarda partlamır. Tədqiqatlar göstərib ki, siqaret çəkmək qansızma riskinin olduqca mühüm amillərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.