CƏMİYYƏT
Siqaret əsəbləri sakitləşdirmir
Bakı, 26 fevral, AZƏRTAC
Siqaret çəkənlərin tütünün əsəbləri sakitləşdirməsi fikri həqiqətə uyğun deyil. London Universiteti Kollecinin alimləri müəyyən ediblər ki, siqaret həvəskarlarının 70 faizi narahatlıqdan və depressiyadan daha çox əziyyət çəkir.
Xoşbəxtlikdən, siqaretdən imtina etmək bu vəziyyətdən çıxmağa kömək edir və bütövlükdə insanın sağlamlığına müsbət təsir göstərir.
Tədqiqatçılar müəyyən ediblər ki, keçmiş siqaret çəkənlərdə müşahidə olunan həyəcan və depressiya səviyyəsi heç vaxt siqaret çəkməyən insanların analoji göstəriciləri ilə təxminən üst-üstə düşür. Bundan əlavə, bu göstərici siqaret çəkənlərdə müşahidə olunan səviyyədən xeyli aşağıdır. Tədqiqatçılar yaşı 40 və ondan yuxarı olan 6500 adamı müşahidə ediblər. Siqaret çəkənlərin 18,3 faizi depressiya və həyəcanlı vəziyyətdən əziyyət çəkiblər. Heç vaxt siqaret çəkməyənlərdə bu göstərici 10 faiz, siqareti tərgidənlərdə isə 11,3 faiz təşkil edib.
Bu, siqaret çəkməyin insanın psixiki sağlamlığına təsirini öyrənən ilk tədqiqatdır.
Tədqiqat siqaret çəkməyin əsəbləri sakitləşdirməsi barədə məşhur fikri təkzib edir. Əslində, məhz siqaret çəkən insanlar narahat və depressiyaya meyilli olurlar. Siqaretdən imtina etmək psixikanı normallaşdırmağa kömək edir.