CƏMİYYƏT


Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 12 aprel, AZƏRTAC

Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21124” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd “NZ Gold Compact” və 2000 ədəd “Portal Gold” markalı, ümumilikdə 4800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.