ELM VƏ TƏHSİL


Şirin Mirzəyevin qəhrəmanlığı gənc nəslə layiqli örnəkdir

Bakı, 20 iyun, AZƏRTAC 

İyunun 20-də Bakı Humanitar Kollecində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov işğalçılıq siyasəti aparan qəsbkar ermənilərin torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb.

Qəsbkar düşmənə qarşı döyüşlərdə Vətən övladlarının qəhrəmanlığından bəhs edən F.Qurbanov şəhidlərin xatirəsinin daim müqəddəs və əziz tutulduğunu vurğulayıb.

Tədbirdə Ş.Mirzəyevin həyatı və şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. O, 1991-ci ildə ölkəmizdə ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonunun müdafiəsində, ayrı-ayrı yaşayış yerlərinin bədnam ermənilərdən təmizlənməsində xüsusi igidlik göstərib.

1992-ci ildə Ş.Mirzəyev Sırxavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli Məclisin deputatı Aqil Abbas polkovnik-leytenant Ş.Mirzəyevin qəhrəmanlığından, doğma Vətənə, torpağa sonsuz sevgisindən, düşmənə qarşı qəzəb və nifrətindən bəhs edib.

A.Abbas məkrli ermənilər tərəfindən zəbt edilmiş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini bildirib.

Digər çıxış edənlər də Ş.Mirzəyevin həyat və qəhrəmanlığının gənc nəslə layiqli örnək olduğunu vurğulayıblar.

Qəhrəmanın şərəfli döyüş yolundan bəhs edən film göstərilib.

Tədbirdə Vətən, torpaq, qəhrəmanlıq haqqında şeirlər, mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.