Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şirin Nexamiya Mixaeli: Ürəyimiz Azərbaycanla – doğma Vətənimizlə bir döyünür

Bakı, 12 iyul, AZƏRTAC

Bu sözləri Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzinin başçısı, Akko şəhərində Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Şirin Nexamiya Mixaeli Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ginqa Kobayaşi ilə görüşdə səsləndirib.

AZƏRTAC xəbər verir ki, görüş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və həmin mərkəzin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun təşəbbüsü ilə iyulun 11-də İsrailin Akko şəhərində, Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzində keçirilib.

Şirin Nexamiya Mixaeli yaponiyalı diplomatı mehribanlıqla qarşılayaraq, mərkəzin fəaliyyətindən, onun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığının və tərəfdaşlığının perspektivlərindən danışıb.

Ş.N.Mixaeli deyib: “Bu mərkəz Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin və İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə səmərəli və sıx əməkdaşlığı nəticəsində ərsəyə gəlib. İsrail Dövlətində ən çoxsaylı Azərbaycan icmasının məhz mənim şəhərimdə - Akkoda yaşaması faktına görə böyük qürur hissi keçirirəm. Bir il əvvəl Akkonun meri ilə birlikdə gözəl bir ölkədə - Azərbaycanda olduq. Merimiz sadəcə bu ölkəyə, mehriban və səmimi Azərbaycan xalqına vuruldu. Azərbaycanda əmin oldum ki, burada heç vaxt antisemitizm olmayıb və yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər. Əslən Azərbaycandan olan yəhudilər harada yaşayırlarsa-yaşasınlar, həmişə öz Vətəni Azərbaycanla fəxr ediblər, Azərbaycan dilini unutmurlar və ümumi ənənələri və dəyərləri qoruyub saxlayırlar. Lap qədim zamanlardan Azərbaycan torpağında islam və yəhudilik, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu torpaq bu gün də dünyaya inanılmaz tolerantlıq və dini dözümlülük səyləri nümayiş etdirir. Azərbaycanda multikulturalizm real həyat tərzidir”.

Yaponiya səfirliyinin birinci katibi G. Kobayaşi mehriban qonaqpərvərliyinə görə təşəkkür edərək bildirib ki, Akkoda, Azərbaycan evində özünü “Odlar Yurdu”nda olduğu kimi hiss edir.

Tolerantlığı və qonaqpərvərliyi ilə seçilən gözəl bir xalqın - Azərbaycan xalqının arasında anadan olmaq, böyümək və yaşamaq imkanı verdiyinə görə Tanrıya minnətdar olduğunu bildirən Ş.N.Mixaeli deyib: “Biz fəxr edirik ki, Azərbaycanda – bizim üçün Ana Vətənə çevrilən bu bərəkətli torpaqda anadan olmuşuq. Biz tam məsuliyyət hissi ilə bütün dünyaya, ən başlıcası erməni işğalçılarına bəyan edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz, bizim ağrı-acımızdır, çünki həqiqət Azərbaycanın tərəfindədir. İşğalçılara qarşı aparılan bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar yanaşı olublar: biz yanaşı yaşamışıq, bir yerdə sevinmişik, bir yerdə kədərlənmişik, çiyin-çiyinə döyüşmüşük. Biz - dağ yəhudiləri uzun illər böyük və müdrik Azərbaycan xalqının torpağında yaşadığımız üçün bilavasitə bilirik və başa düşürük ki, bu torpaqlar əzəli Azərbaycan əraziləridir və Dağlıq Qarabağ Azərbaycan xalqı üçün nə deməkdir. Dağlıq Qarabağ Azərbaycanın ürəyi, bu xalqın mədəniyyət beşiyidir.

Biz - əslən Azərbaycandan olan dağ yəhudiləri belə bir faktı qürur hissi ilə vurğulayırıq ki, daşnak işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri qardaşımız Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının mərdliyinin rəmzinə çevrilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlər arasında Albert Aqarunov ilə yanaşı, çoxlu yəhudi olub, itkin düşənlər var. Onlardan biri Göyçaydan olan yaxın qohumum Vüqar Mikayılovdur. O, bu günə qədər erməni əsirliyindədir. Hazırda böyük Mikayılovlar ailəsi İsrailin müxtəlif şəhərlərinə səpələnib. Anası, böyük qardaşı və bacısı erməni əsirliyində 22 illik girovluqdan sonra Vüqarı tapacaqlarına böyük ümid bəsləyir və səbirsizliklə onun yolunu gözləyirlər.

Bu mürəkkəb vəziyyətdə mən Azərbaycan dağ yəhudiləri icmasının başçısı kimi qeyd etmək istəyirəm ki, əgər bizə - Azərbaycanın oğullarına ehtiyac yaransa, İsraildə könüllülər batalyonu toplayıb, işğal olunmuş əraziləri azad etməkdə Azərbaycan xalqına kömək etməyə hazırıq. Çox ümid bəsləyirəm ki, əzəli Azərbaycan əraziləri tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar doğma yurd-yuvalarına qayıdacaqlar. Biz qələbəni Şuşada bayram edəcəyik və zəfər bayrağını bu şəhər üzərində dalğalandıracağıq”.

Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ginqa Kobayaşi yəhudilərin Azərbaycan ilə mənəvi əlaqəsini yüksək qiymətləndirərək deyib: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsaslarından biridir. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətənidir Akkoda - Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzində bir daha əmin oldum ki, yəhudi və Azərbaycan xalqlarını qardaşlıq, dostluq və tərəfdaşlıq telləri bağlayır”.

Multikulturalizmin və tolerantlığın həqiqətən Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayan Ş.N.Mixaeli deyib: “Akko şəhərinin meri Şimon Lankri Azərbaycan adlı ölkəni məhz əslən Azərbaycandan olan yəhudilər və mənim şəxsi dostum, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qutun sayəsində tanıdı. Biz həmişə İsraildə fəxrlə danışırıq ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Azərbaycana səfər edən, onun rəhbərliyinin yəhudilərə mehriban münasibətini əyani görən Şimon Lankri elə oradaca Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevlə birlikdə qərara aldı ki, Akkoda Heydər Əliyev adına Azərbaycan Evinin inşasına ehtiyac var. Mən fəxr edirəm ki, Akko şəhərinin merini Azərbaycanın həqiqi dostluna çevirə bildik. İsrail Dövləti, Akko şəhərinin meriyası və Akkonun Azərbaycan dağ yəhudiləri icması bu gün Azərbaycan və Azərbaycan xalqı ilə bir yerdədir. Ürəyimiz Azərbaycanla – doğma Vətənimizlə bir döyünür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur