Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sirli Abşeron: Qala, Atəşgah və Yanardağ

Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir. Onun torpağı bütün mərhələlərdə bəşəriyyətin inkişafına aid izləri saxlayır. Zaman keçmişin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün mühafizə edib. Bu mənada Abşeron yarımadası xüsusi dəyər kəsb edir. “Qala” tarixi-etnoqrafik kompleksində açıq havada sərgilənən 3 min illik tarixi olan unikal eksponatlar, atəşpərəstlik dövrünə aid sirli məbəd – Atəşgah, habelə Azərbaycanın ikinci adının – Odlar Yurdunun təcəssümü kimi fenomenal Yanardağ buna əyani sübutlardır.

“Qala” qoruğu - neolit dövründən orta əsrlərədək

Alimlər Abşeronun Qala qəsəbəsində ilk məskunlaşmanın azı 5 min illər əvvəl baş verməsinə dair dəlillər tapıblar. Burada, Bakıdan 40 kilometr aralıda 200-dən çox müxtəlif arxeoloji və memarlıq abidəsi, o cümlədən sirli kurqanlar, qədim yaşayış ocaqları, min illik dəfn yerləri aşkarlanıb. Bu sahədə arxeoloji qazıntılar ötən əsrin 60-cı illərindən həyata keçirilir, 2008-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qazıntı yerində Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksi təsis edilib. Bir çox abidə və əsərlər Abşeron yarımadasının müxtəlif yerlərindən “Qala” kompleksinə köçürülüb. Onlar ya bərpa edilib, ya da tamamilə yenidən yaradılıb. Bu tarixi abidə və əsərlər tarixin müxtəlif dövrlərində azərbaycanlıların həyatını təsəvvür etməyə yardımçı olur.

Bu gün sahəsi 1,5 hektar olan muzeyin ərazisində qayaüstü rəsmlər, dulusçuluq, məişət və zərgərlik əşyaları, silah və sikkələr nümayiş olunur. Burada e.ə. III-II minilliklərdən orta əsrlərədək mövcud olan qədim yaşayış məskəninin xarabalıqları konservasiya edilib. Bundan başqa, X-XV əsrlərə aid iki yeraltı keçid, həmçinin XVIII əsrə aid təndir maraq doğurur. Bu keçidlər Xəzər dənizi və Bakı şəhəri istiqamətindədir. Kompleksdə köhnə yaşayış yeri - heyvan dərilərindən hazırlanan köçəri çadırını və daha sonralar çadırı əvəz edən günbəzli daş və çiy kərpicdən tikilən evləri, qədim dəmirçixananı, bazarı, dulusçuluq emalatxanasını, çörəkxananı, taxıldöyəni və digər maraqlı tikililəri görmək mümkündür. Bütün bu eksponatlara əllə toxunmaq, şəkil çəkdirmək olar. Hətta ənənəvi sobada çörək bişirməyə, xalça toxumağa, dulusçuluq emalatxanasında əllərinizi gilə sürtməyə, yaxud tövlədəki dəvələri, atları və eşşəkləri yedizdirməyə cəhd edə bilərsiniz. Bundan ötrü interaktiv turlar nəzərdə tutulub.

Elə burada, “Qala” muzeyinin ərazisində bir neçə sərgi təşkil olunub. Sərgilərdə qədim məişət əşyaları, qab-qacaq, saxsı nümunələri, X-XVI əsrlərə aid qızıl sikkələr, qızıl bilərziklərin qalıqları və digər maraqlı eksponatlar nümayiş etdirilir.

Hazırda “Qala” muzey kompleksinin ərazisində üç muzey fəaliyyət göstərir: Arxeoloji-Etnoqrafik Muzey Kompleksi (açıq havada), Qala qəsri (qismən açıq havada) və Əntiq Əşyalar Muzeyi.

Qoruğun böyük ərazisində hərəkət etmək üçün elektromobil icarəyə götürmək olar. Muzey kompleksində ekskursiyalar Azərbaycan, rus, ingilis, alman və fransız dillərində keçirilir.

Atəşgah – od məbədi

Abşeron yarımadasında, Bakının mərkəzindən 30 kilometr məsafədə, Suraxanı qəsəbəsinin yaxınlığında daha bir sirli kompleks – atəşpərəstlərin Atəşgah məbədi yerləşir.

Kompleksin son tikililəri XVII əsrə aid edilir. Onları Bakıda yaşayan hindu icması inşa edib. Lakin qazıntılar zamanı burada daha qədim artefaktlar tapılıb. Adı qədim mənbələrində xatırlanan bu Bakıətrafı kənddə, Suraxanıda ilk atəşpərəst məbədinin hələ eramızın əvvəllərində tikildiyi güman olunur.

Yerli memarlıq ənənələri əsasında inşa edilən Atəşgah özündə qədim od səcdəgahlarının xüsusiyyətlərini birləşdirir. Bu beşbucaqlı, sivri xarici divarlı və tağlı girişi olan məbədin “balaxana” deyilən qonaq otağı, əvvəllər cəsədlərin müqəddəs odda yandırıldığı, indi isə daşlarla doldurulan dördkünc quyusu, XVIII əsrdə əlavə olunan ibadətgah otaqları, hücrələri və karvansarası var. Bəzi hücrələrin girişi üstündə hindu və qədim fars dillərində qısa ithaf yazılı daş lövhələr görmək mümkündür.

XIX əsrdə torpaq laylarının yerini dəyişməsi ilə burada qazın təbii yolla çıxışı dayanıb. Buna görə də ziyarətçilər dağılışmağa başlayıb. Atəşgah ibadət yeri kimi 1880-ci ilədək mövcud olub.

1975-ci ildə aparılan bərpa işlərindən sonra Atəşgah yenidən nümayişə açılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Atəşgah Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Muzeyə gələnlərin sayı il ərzində orta hesabla 15 min nəfər təşkil edir. 1998-ci ildə “Atəşgah məbədi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün müraciət olunub.

Bu yaxınlarda bu açıq hava muzeyi restavrasiya edilib. İndi burda, həmçinin müxtəlif emalatxanalar və suvenir qalereyaları da yerləşir.

Yanardağ – alovlanan dağ

Zəngin neft və qaz mənbələri olan Azərbaycan ta qədimdən Odlar Yurdu adlanır. Bəzi yerlərdə təbii qaz yerin səthinə çıxır və sönməyən od adacıqları yaradır.

Azərbaycanda turistlər arasında ən populyar “əbədi məşəl”lərdən biri Yanardağdır. O, Bakıdan 25 kilometr şimalda, Məhəmmədi kəndində yerləşir. Təpənin yamacı qədim zamanlardan alova bürünüb. Əhəngli təpədən hündürlüyü bir, eni on metr olan od dilimləri yüksəlir.

Bu gün dünyada belə təbii mənbələr çox deyil və onların əksəri Azərbaycandadır. Yanardağın “əbədi məşəli” hətta Marko Polonun qeydlərində xatırlanır.

Yanardağla bağlı bir çox əfsanələr var. Ta qədim zamanlardan bura Hindistan, İran və digər ölkələrdən atəşpərəstlər toplaşırdılar. Bu təbiət möcüzəsini görmək üçün indi də dünyanın dörd bir yanından – Rusiya, Almaniya, Yaponiya, Koreya və Norveçdən turistlər gəlir.

Dağın başında “Qurd qapısı” adlanan mağara yerləşir. Yerli sakinlər deyir ki, bir vaxtlar həmin mağarada canavar sürüsü yaşayıb. Mağara divarlarındakı rəsmlər isə buranın ibtidai insanların qədim məskənlərindən biri olduğunu sübut edir.

2007-ci ildən Yanardağ dövlət mühafizəsinə alınıb və onun ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib