Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Rəşadət Əhməd oğlu Ağayev,

İlham Qoşunəli oğlu Əsədov.

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Kamil Sücəddin oğlu Bəşirov,

Kamran Hüseyn oğlu Əkbərov,

Zeynal Ağabala oğlu Zeynalov.

3. Rafiq Musa oğlu Cəfərov vəzifəsi dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. Vüsal Adil oğlu Cəbrayılov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

5. Bu Qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-4-cü bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri            O.Əsədov

Bakı şəhəri, 30 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin