CƏMİYYƏT


Şirvan Milli Parkının Neftçala rayonu ilə sərhədində yanğın olub

Bakı, 23 may, AZƏRTAC

Mayın 22-də Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhədində yanğın hadisəsi baş verib. Ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub. Qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində milli parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.