REGİONLAR


Şirvan məktəblisi: Tur-aksiyanın ilk günündən yeni dostlar qazanmışam

A+ A

Şabran, 24 mart, Elxan Yusifli, AZƏRTAC

Biz Ağdaş, Göyçay, Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd və Laçın rayonlarını təmsil edən məktəblilərlə birgə Azərbaycanın şimal bölgəsinin görməli yerlərinə ekskursiyaya çıxmışıq. 200-ə yaxın şagirdin bir yerdə səyahət etməsi tur-aksiya iştirakçıları üçün inanılmaz imkanlar yaradır. Elə ilk gündəcə xeyli yeni dost qazanmışam. Gəzdiyimiz yerlər haqqında təəssüratlarımızı bölüşməklə yanaşı, təhsil aldığımız məktəblər və dərslərimizlə bağlı da söhbətlər edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən maarifləndirici tur-aksiyanın Şirvandan olan iştirakçısı Elgün Qurbanov deyib.

Məktəbli bildirib ki, “Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiya dörd gün davam etsə də, xoş təəssüratları uzun müddət unudulmayacaq. “Ekskusiyanın ilk günü “Şabran şəhəri” tarixi qoruğu ilə tanış olduq. Burada bizə əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhəri haqqında ətraflı məlumat verildi. Bizə Azərbaycanın ədəbi-ictimai fikrinin ən görkəmli simalardan biri Əfzələddin Xaqani Şirvaninin Şabran qalasında zindan həyatı yaşamağa məhkum edildiyi barədə də danışıldı. Həmin həbsxananın olduğu yerlə tanış olduq və şairin zindan əzablarınıı əks etdirən məşhur "Həbsiyyə" əsərinin ibrətamiz beytlərinin burada qələmə alındığını öyrəndik. Sabah isə bizi Qusar rayonunun görməli yerləri ilə tanışlıq gözləyir”, - deyə Elgün Qurbanov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.