REGİONLAR
Şirvan və Saatlı komandaları “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanıblar
Sabirabad, 28 aprel, Mahir Babayev, AZƏRTAC
Sabirabadda yuxarı sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının zona yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən zona yarışında Şirvan şəhər, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının məktəbliləri mübarizə aparıblar.
Komandalar sıra hazırlığı, darağa patronunun doldurulub-boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı kimi tapşırıqlar yerinə yetiriblər. Şirvan məktəbliləri I, Saatlı komandası II, hacıqabullu “şahin”çilər isə III yerə layiq görülüb.
Şirvan şəhər və Saatlı rayon komandaları Bakıda keçiriləcək oyunların final mərhələsinə vəsiqə qazanıblar.
Qaliblər fəxri fərman və diplomla tərtib olunublar.