REGİONLAR


Şirvanda “Narkomaniyaya yox deyək” mövzusunda seminar-müşavirə keçirilib

A+ A

Şirvan, 15 noyabr, Mahir Babayev, AZƏRTAC

Şirvan şəhərindəki 13 saylı tam orta məktəbdə şəhər icra hakimiyyəti və polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə hüquq-mühafizə orqanları, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı film nümayiş olunub.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Hikmət Quliyev bildirib ki, hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən biri narkomaniyadır. Ölkəmizdə, eləcə də Şirvan şəhərində bu ağır bəlaya qarşı aparılan mübarizədən danışan polis rəisi, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov narkomaniya və digər zərərli vərdişlərin cəmiyyətə, ailə dəyərlərinə mənfi təsirini diqqətə çatdırıb, bu ümumbəşəri bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir fərdinin dövlətə dəstək olmasının vacibliyini qeyd edib.

Çıxış edənlər bu sosial bəlaya qarşı maarifləndirmə tədbirlərinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.