CƏMİYYƏT
Səhiyyə naziri baş verən hadisə ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gəlib [YENİLƏNİB]
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verən hadisə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gəlib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, indiyə kimi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub. Yaralılara yüksək səviyyədə zəruri tibbi yardım göstərilir.
18:02
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 20 nəfər yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə nəticəsində ölən yoxdur.
17:14
Bakı, 26 iyul, AZƏRTAC
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 11 yaralı gətirilib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb. Yaralılara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.