CƏMİYYƏT
Şirvanda baş vermiş hadisəyə 8 təcili tibbi yardım briqadası cəlb olunub
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Şirvan şəhərindəki Telemexanika zavodunda baş vermiş partlayışla əlaqədar hadisə yerinə Səhiyyə Nazirliyinin 8 təcili tibbi yardım briqadası cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAc-a verilən məlumata görə, zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 19 nəfərə lazımi tibbi yardım göstərilir. Onlardan 13 nəfərə ambulator yardım göstərilib. Yardım alanlar evlərinə buraxılıb.
Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyinin toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası Şirvan şəhərinə ezam olunub.
Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]