REGİONLAR


Şirvanda dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə yığıncaq keçirilib

A+ A

Şirvan, 18 oktyabr, Mahir Babayev, AZƏRTAC

Şirvanda dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi anılıb.

Müstəqillik Aktının qəbul edilməsinin tarixinə qısa nəzər salan şəhər icra hakimiyyəti başçısının müavini Samid Abıyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. “Ötən əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan çox keçmədən onu itirsə də, 1990-cı illərdə yenidən istiqlalına qovuşub”, - deyən S.Abıyev bildirib ki, gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşdi, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yarandı. Ümummilli Liderin rəhbərliyi ilə davamlı ictimai siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanıldı və Azərbaycan sivil dünyaya inteqrasiya etdi.

Çıxışlarda Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması, sosial–iqtisadi inkişaf sahəsində qazanılan nəticələr xüsusi vurğulanıb.

Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.