REGİONLAR


Şirvanda keçirilən tədbirdə dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirlərindən söz açılıb

A+ A

Şirvan, 11 noyabr, Mahir Babayev, AZƏRTAC

Şirvanda şəhər icra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti Şirvan şəhər şöbələrinin təşkilatçılığı ilə “Qeyri-ənənəvi dinlər, məzhəblər və təriqətlər: onların mahiyyəti və təbliğat metodları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dini icma sədrləri, dindarlar, təhsil, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər.

Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov bildirib ki, Azərbaycanda müxtəlif xalqlar və milli azlıqlar daim qarşılıqlı hörmət, əmin-amanlıq şəraitində yaşayıb, tolerantlıq və multikulturalizm dəyərləri ölkəmizdə həyat tərzinə çevrilib. A.Hüseynov müstəqillik illərində ulu öndər Heydər Əliyevin multikultural dəyərlərə xüsusi önəm verdiyini, dövlət-din münasibətlərinin tənzimlənməsi məqsədi ilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradıldığını, tolerantlığın və multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırıldığını vurğulayıb. Bildirilib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən şəhərin axundu Əvəz Mehrəliyev şəhərdə dini durumun sabit olduğunu vurğulayıb, ölkədə yaradılan bu sağlam mühitə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov ölkədə dini radikalizmə və ekstremizmə qarşı Dövlət Komitəsinin həyata keçirdiyi mübarizə tədbirlərindən söz açıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin məsul əməkdaşı Anar Kərimov isə dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodlarından, cəmiyyətin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.