REGİONLAR


Şirvanda reyd zamanı 48 sürücü cərimələnib

A+ A

Şirvan, 21 noyabr, Mahir Babayev, AZƏRTAC

Şirvanda şəhər Dövlət Yol Polisi və regional Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə keçirdiyi reyd zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan 48 avtonəqliyyat vasitəsinin idarə olunmasında qanun pozuntusu aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, reyd zamanı qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan 19, qanunsuz yükdaşıma ilə məşğul olan 21 və sərnişindaşıma qaydalarını pozan 8 avtobus sürücüsü barəsində inzibati protokollar yazılıb və onlara qarşı cərimə sanksiyaları tətbiq edilib.

Növbəti reydlərin Hacıqabul və Sabirabad rayonlarında keçirilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.