Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir

Bakı, 24 avqust, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlament seçkilərinə hazırlıqla bağlı AZƏRTAC-a müsahibə verib.

- Siyavuş müəllim, ölkəmizdə seçkiqabağı ictimai-siyasi vəziyyəti necə xarakterizə edərsiniz?

- Ümumiyyətlə, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm amildir. Seçkilər, həmçinin demokratiyanın bir ifadəsi, göstəricisidir. Ona görə də bütün dövlətlərdə bu məsələ daim diqqət mərkəzində olur. Təbii ki, demokratik, sabit ölkələrdə seçkilər yüksək səviyyədə keçirilir. Bu baxımdan ictimai-siyasi vəziyyətin rolu da mühüm əhəmiyyət kəsb edir.

Hazırda dünyada hansı proseslərin baş verməsinin şahidiyik. Bu gün bir sıra regionlarda vəziyyət çox mürəkkəbdir. Həmin bölgələrdə qanlı toqquşmalar baş alıb gedir, hər gün yüzlərlə insan həyatını itirir. Belə vəziyyətin yaranmasında müəyyən beynəlxalq güclərin öz maraqlarını təmin etmək siyasəti dayanır. Təəssüf doğuran hal odur ki, bu, çox zaman dövlətlərə və xalqlara qarşı demokratiya və insan haqları pərdəsi altında həyata keçirilir. Bu səbəbdən də ayrı-ayrı xalqlar fəlakətlərlə üzləşirlər. Artıq bir reallıqdır ki, dünyada beynəlxalq qayda-qanunlar işləmir. Müəyyən güclər beynəlxalq qanunları öz bildikləri kimi yönəltməyə və öz maraqları çərçivəsində tətbiq etməyə çalışırlar.

Təbii ki, belə təhdidlər bizim regiondan da yan keçmir. Bilirsiniz ki, Azərbaycanın müstəqilliyini, inkişafını və güclü dövlət olmasını istəməyən qüvvələr var. Yəqin ki, müstəqilliyimizin ilk illərini xatırlayırsınız. Ölkəmizdə dərin ictimai-siyasi böhran hökm sürürdü, sosial-iqtisadi durum da ağır idi. Təbii ki, belə vəziyyət müəyyən daxili və xarici qüvvələrin maraqlarına cavab verirdi. 1993-cü ildə Azərbaycan artıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Amma ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bu təhlükəyə son qoyuldu və Azərbaycanı parçalamaq istəyən qüvvələrin arzuları gözündə qaldı. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda ictimai-siyasi sabitliyi bərqərar etdi. Amma həmin qüvvələr hər zaman cəhdlər göstərib ki, ölkəmizdə ictimai-siyasi sabitlik pozulsun, vətəndaş qarşıdurması baş versin. Çünki sabitlik olmasa heç bir cəmiyyət inkişaf edə bilməz. Lakin belə qüvvələr və onların buradakı əlaltılarının niyyətləri sonrakı dövrlərdə də cəhdlər göstərsələr də, bu cəhdlər iflasa uğrayıb. Çünki ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Xalqla hakimiyyətin birliyi bu qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Ona görə də, bizim ən böyük uğurlarımızdan biri olan sabitliyin qorunmasına bütün cəmiyyət dəstək verir.

Bütün bunların əsasında da əminliklə deyə bilərik ki, cəmiyyətimiz növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Eyni zamanda, artıq bir sıra siyasi partiyalar da seçkilərdə iştirak edəcəklərini bəyan ediblər və hazırlıq işlərini aparırlar. Azərbaycanda xeyli sayda siyasi partiya fəaliyyət göstərir və onlar qanunvericiliyin tələbləri əsasında bu seçkilərdə iştirak edə bilərlər. Eləcə də hər bir vətəndaş qanunvericiliyə uyğun olaraq bu seçkilərdə iştirak etmək hüququna malikdir. Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Bu baxımdan qarşıdan gələn parlament seçkilərində də belə olacaq. Artıq yaxın zamanlarda parlament seçkilərinə rəsmi start veriləcək.

- Yeni Azərbaycan Partiyası noyabrda keçiriləcək parlament seçkilərinə necə hazırlaşır?

- Bütövlükdə biz partiya olaraq seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl hazırlıq işlərinə başlayırıq. Bu mənada YAP-ın İdarə Heyəti seçkilərə hazırlıqla bağlı fevral ayında qərar qəbul edib. Ondan sonrakı dövrdə isə partiyanın rayon və şəhər təşkilatlarının bu seçkilərə tam səfərbər olunması işlərinə başlanılıb. Parlament seçkiləri ilə əlaqədar partiyamızın müvafiq proqramı var. YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq seçkilərlə bağlı hazırlıq işləri davam edir.

Bir müddət öncə Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb. Hazırda YAP Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin zona müşavirələri keçirilir, həmin müşavirələrdə müvafiq tövsiyə və tapşırıqlar verilir.

Ümumiyyətlə, partiyamızın seçki təcrübəsi böyükdür. Demək olar ki, ölkəmizdə üç seçki (prezident, bələdiyyə və parlament) ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də partiyamız öz təcrübəsindən və dünya praktikasından bəhrələnərək özünün seçki texnologiyalarını da tətbiq edir. Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn parlament seçkilərində tətbiq etməyi düşünürük. Bunun əsasında biz həm dünya praktikasını öyrənirik, həm də öz təcrübəmizi təkmilləşdiririk.

Artıq seçki kampaniyamızda iştirak edəcək partiya fəalları demək olar ki, müəyyənləşdirilib. Buraya namizədlər üçün imza toplayacaq şəxslər, məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, təbliğat qrupları və s. daxildir. Məlumat üçün bildirim ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin qeydiyyata alınması üçün imza toplayacaq 1250 şəxs müəyyənləşib. Seçki Məcəlləsinə əsasən, namizədin qeydiyyata alınması üçün 450 seçici imzası toplanmalıdır və 10 faiz də artıq imza vərəqi verilir. Bu da təxminən 500 imza edir. Bir vərəqdə isə 50 imza olur. Ona görə də 125 seçki dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs təhkim etmişik. Nəzərdə tutmuşuq ki, bir imza vərəqini partiyanın fəallarından biri götürsün və imza toplasın.

Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, imza verən şəxslər kimlər ola bilər, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib. İmza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlamışıq. Artıq həmin insanlara treninqlər keçirilir. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər onlara əyani formada izah olunur. YAP-ın Mərkəzi Seçki Qərargahında və onun rayon-şəhər şöbələrində iş bölgüsü aparılıb, imza toplayan şəxslərin hər birinə nəzarət mexanizmi yaradılıb. Bəzi rayon və şəhərlərin ərazisində 4 seçki dairəsi var. Ona görə də YAP Mərkəzi Seçki Qərargahının bəzi rayon və şəhərlər üzrə yerli şöbələrində təxminən 40 nəfər imza toplayan şəxs təyin edilib. Seçki qərargahının üzvləri arasında hər dairə üzrə iş bölünüb. İmzatoplama kampaniyasında hər 10 nəfərə seçki qərargahının bir üzvü rəhbərlik edəcək.

Eyni zamanda, qeyd etdiyim kimi, partiyamızın bütün dairə və məntəqələrdə müşahidəçiləri olacaq. Parlament seçkilərində hər dairə və məntəqəyə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin olunacaq. Yəni, seçkiləri YAP-ın təxminən 5500-ə yaxın müşahidəçisi izləyəcək. Hazırda onlara treninqlər keçirilir, seçkidə müşahidəni necə aparmaları izah olunur. Bir məqamı da bildirim ki, qanunvericilik seçki ilə məşğul olan QHT təmsilçilərinin və heç bir qurumu təmsil etməyən vətəndaşların da seçkidə müşahidə aparmasına imkan verir. Bu baxımdan YAP üzvlərinin öz şəxsi təşəbbüsləri ilə seçkilərdə müşahidəçi kimi iştirak etməsi istisna deyil.

Biz həm də mütəmadi olaraq seçici siyahıları üzərində işləyirik, elektoratı öyrənirik. Artıq bu yöndə qruplar bir müddətdir ki, fəaliyyət göstərir. Eyni zamanda, öz tərəfimizdən müəyyən araşdırmalar aparırıq, seçicinin xüsusiyyətlərini öyrənirik. Yəni, onun mövqeyini və tam detallarını dəqiqləşdiririk. Təbii ki, bu da gələcəkdə təbliğat-təşviqat işinin aparılmasında, seçicilərin səsverməyə gəlməsində, onlara aid müxtəlif proqramların hazırlanmasında çox yaxından kömək göstərir. Bu yöndə də bizdə tədqiqat işləri davam etməkdədir. Seçki kampaniyasına rəsmi start verildikdən sonra qanunvericiliyə uyğun olaraq işlərimizi davam etdirəcəyik.

Ümumiyyətlə, YAP Milli Məclisə keçirilən bütün seçkilərdə partiya olaraq iştirak edib. Qarşıdan gələn seçkilərdə də bütün dairələrdən namizəd irəli sürəcəyik. Biz maksimum dərəcədə çalışacağıq ki, bütün seçkilərdə qələbə qazandığımız kimi, qarşıdan gələn parlament seçkilərində də böyük uğur əldə edək.

- Budəfəki seçkilərdə YAP-ın platformasında yeniliklər varmı?

- Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə yeniliklərlə gedir. Təbii ki, bu yeniliklər seçki platformasında da öz əksini tapır. Biz seçkilərə vahid platforma ilə gedirik. Yəni hər bir namizədimiz öz təbliğatını bu platforma çərçivəsində quracaq.

Qarşıdan gələn parlament seçkilərində də seçki platformasında yeniliklər əksini tapacaq. Burada Azərbaycanın qazandığı uğurlar qeyd olunmaqla yanaşı, ölkəmizin inkişafı ilə bağlı gələcək hədəflər, qarşıda duran məqsəd və vəzifələr, qanunvericilik məsələləri və s. mühüm məqamlar vurğulanacaq. Ümumiyyətlə, bütün seçkilər zamanı YAP-ın platformaları real, aktual məsələləri əhatə edir. Partiyamız yarandığı vaxtdan qarşıya hədəf olaraq Azərbaycanı inkişaf etmiş, güclü dövlətə çevirmək məqsədi qoyub. Artıq hakimiyyətdə olan partiya kimi bu istiqamətdə çox böyük nəticələr əldə etmişik. Amma qarşıda hələ də böyük vəzifələr, hədəflərimiz var. Ona görə də bu məqsədə doğru inamla irəli getməkdə qərarlıyıq.

Konkret olaraq YAP-ın parlament seçkiləri ilə əlaqədar platformasına gəlincə, bu, qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində açıqlanacaq.

- Seçkilərdə xarici müşahidəçilərin iştirakı ilə bağlı hər hansı bir dəyişiklik gözlənilirmi?

- Bütövlükdə, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim keçirilən seçkilərin geniş beynəlxalq müşahidəçilər missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkələrin parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Məsələn, fakt üçün deyim ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçi izləmişdi.

Belə ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və digər bir sıra beynəlxalq qurumların müşahidə missiyaları ölkəmizdə keçirilən seçkiləri izləyirlər.

Yeni Azərbaycan Partiyası da ölkəmizdə keçirilən bütün seçkiləri daha çox beynəlxalq müşahidəçilərin izləməsinin tərəfdarıdır. Çünki bununla, dünya ictimaiyyəti Azərbaycanın demokratik dövlət olduğunun, seçkilərin isə azad, şəffaf və ədalətli keçirildiyinin şahidi olurlar. Doğrudur, bəzi təşkilatların müşahidə missiyaları seçkinin necə keçirilməsindən asılı olmayaraq, onun demokratikliyinə kölgə salmaq istəyirlər. Biz əvvəlki təcrübələrdən bunu görmüşük. Amma belə təşkilatlar çox deyil və onların qərəzli hesabatları ciddi qəbul olunmur. Eyni zamanda, hansısa təşkilatın seçkilərin nəticələri haqqında rəyi Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Artıq bunu həmin qüvvələr də anlayırlar ki, qeyri-obyektiv hesabatlar hazırlamaqla heç bir şeyə nail ola bilməyəcəklər. Çünki seçki məsələsində Azərbaycan xalqının iradəsi və mövqeyi bizim üçün əsasdır.

Nəzərinizə çatdırım ki, Azərbaycanda keçirilən seçkiləri YAP-ın üzv olduğu və əməkdaşlıq etdiyi siyasi partiyaların birləşdiyi beynəlxalq qurumlar da müşahidə edirlər. Bunlardan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP), Latın Amerikası və Karib dənizi ölkələri siyasi partiyaları təşkilatının (COPPPAL) adını çəkə bilərəm. Biz qarşıdan gələn seçkilərdə də bu təşkilatların seçkiləri izləməsinin tərəfdarıyıq.

- Seçkilərdə YAP-ın qələbəsini şərtləndirəcək amillər barədə nə deyərdiniz?

- Qeyd edim ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir. Bu inam üçün bizim kifayət qədər əsaslarımız var. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, qazanılan uğurlar seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsi nailiyyətlərimizi ildən-ilə artırır.

Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf baş verməsin. Azərbaycan inkişaf baxımından region dövlətləri arasında ön sıralardadır. Son parlament seçkilərindən keçən beş ilə nəzər salsaq, bu dövrdə ölkəmizdə çox böyük dəyişikliklər baş verib. İqtisadiyyat artıb, əhalinin rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, regionlarımız sürətlə inkişaf edir, bölgələrdə sosial məsələlər həll olunur və s. Bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və keçirilməsi bunun əyani göstəricisidir.

Yəni, biz beş il əvvəl seçkilərə gedərkən insanlara verdiyimiz vədlər yerinə yetirilib. Ən əsası odur ki, Azərbaycan dövləti milli maraqlarımıza uyğun siyasət həyata keçirir və bu da xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir.

Bütün bunlarla yanaşı, 650 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malikdir. Biz bütün dövrlərdə uğurlu seçki kampaniyası həyata keçirərək inamlı qələbələr qazanmışıq. Qarşıdan gələn parlament seçkilərində də qələbəmizi şərtləndirəcək amillərdən biri də məhz budur. Partiyamızın böyük seçki təcrübəsi olan minlərlə üzvü var və onlar hər seçki kampaniyasında qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirirlər. Qələbələrimizin qazanılmasında onların da zəhməti şübhəsiz ki, böyükdür. Bu gün YAP ölkəmizin ən güclü, ən mütəşəkkil, ən monolit siyasi qüvvəsidir. Biz bu gücü xalqımızdan alırıq. Azərbaycanda YAP ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Növbəti parlament seçkilərində də xalqımızın etimadına, üzvlərimizin sədaqətinə, fədakarlığına güvənərək parlaq qələbə qazanacağımıza inanırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub