REGİONLAR


Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisinə 7,1 milyon manat ayrılıb

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

2016-cı il oktyabrın 31-də Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 7,1 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.