REGİONLAR


Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişləndirilir

Bakı, 29 iyun, AZƏRTAC

Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişləndirilir.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon mərkəzi, 1 qəsəbə, 37 kəndi özündə birləşdirən, 41 min nəfər əhaliyə xidmət edən Siyəzən Elektrik Şəbəkəsinin inzibati ərazisində istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir. ASC tərəfindən rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılıb. Rayonun 8 kəndində 0,4 kilovoltluq (kV) şəbəkələr yenidən qurularaq istismara verilib. Digər kəndlərdə də yenidənqurma işləri sürətlə davam etdirilir.

Hazırda rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa olunur. Son iki ildə rayon ərazisində 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 kilometr özünü daşıyan izolyasiyalı naqillər çəkilib. Həmçinin 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədilə 40 kilometr naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.