REGİONLAR
Siyəzən məktəbliləri arasında intellektual çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib
Siyəzən, 2 noyabr, AZƏRTAC
Siyəzən məktəbliləri arasında intellektual çoxnövçülük üzrə layihənin üçüncü mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin birlikdə həyata keçirdiyi layihənin bu mərhələsi “Breyn Rinq” və “Erudit kvartet” yarışlarından ibarət olub. Yarışlarda rayon məktəblərinin VII-XI siniflərində təhsil alan şagirdlər iştirak ediblər.
15 komandanın tərkibində 90-a yaxın məktəblinin iştirak etdiyi layihənin “Nə? Harada? Nə zaman?” mərhələsində ilk 8 yeri tutan komandalar final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Yekun nəticələrə əsasən 1-ci yerə “Zirvə”, 2-ci yerə “Uran”, 3-cü yerə isə “Müşfiq-1” komandaları layiq görülüb.
Layihənin rəhbəri Ayaz İlyasovun sözlərinə görə, bu kimi yarışlar intellektual potensiallı məktəblilərin aşkara çıxarılması məqsədi daşıyır.