CƏMİYYƏT


Siyəzən məktəbliləri intellektual oyunların qaydaları ilə tanış olublar

A+ A

Bakı, 16 oktyabr, AZƏRTAC

“Siyəzən rayon məktəbliləri arasında intellektual çoxnövçülük” adlı layihənin ilk mərhələsi icra olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə layihə çərçivəsində məktəblilər üçün intellektual təlim keçirilib.

Təlimdə Siyəzən məktəbliləri intellektual oyunların qaydaları, həmçinin sualların tapılması prosesi, komanda formalaşdırmaq üsulları, kapitanın rolu və oyun sistemi ilə tanış olublar.

Ümumilikdə isə layihənin 3 mərhələdə keçirilməsi nəzərdə tutulub. Layihəyə oktyabrın 29-da yekun vurulacaq və intellektual oyunlarda daha uğurlu nəticə göstərmiş komanda qalib elan olunacaq.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.