REGİONLAR


Siyəzən və Xızı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər ola bilər

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 11-də saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Yaşma" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.