REGİONLAR


Siyəzəndə arpa biçini iyunun sonunadək yekunlaşacaq

Siyəzən, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

Siyəzən rayonunda arpa biçininin iyunun sonunadək yekunlaşdırılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, biçin, ilk növbədə, rayonun düzən ərazilərindəki sahələrdə aparılır. İndiyədək Gilgilçay, Yenikənd, Eynibulaq, Beşdam, Sədan və Həmyə kəndlərində 600 hektardan artıq sahənin taxılı biçilib.

Biçilən sahələrdə arpanın məhsuldarlığı hər hektara görə 20-25 sentner təşkil edir.

Fermerlər bu il məhsuldarlığın yüksək olduğunu bildirsələr də, iyun ayının ilk ongünlüyündəki qeyri-sabit hava şəraitinin zəmilərə ziyan vurduğunu qeyd edirlər.

Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 10-dan çox taxılbiçən kombaynın iştirakı ilə aparılır.

Dağ Quşçu, Ərzikuş və Məşrif kimi dağlıq kəndlərdə isə biçinə 10 gün sonra başlanılacaq. Hava yağmursuz keçərsə, arpa biçini kampaniyasının iyunun sonlarınadək başa çatdırılması planlaşdırılır. Buğda biçininə isə iyulun əvvəllərində start veriləcək.

Cari mövsümdə Siyəzən rayonunun taxılçılıq təsərrüfatlarında 4 min 144 hektar sahənin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 2 min 159 hektarını buğda, 1985 hektarını isə arpa sahələri təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.