REGİONLAR
Siyəzəndə dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzən, 14 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə yeniyetmələr arasında keçirilən dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış Beynəlxalq Gənclər Gününə həsr olunub.
Stolüstü oyunların rayonda təbliği və inkişaf etdirilməsi, həmçinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan yarışda 30-dan çox yeniyetmə iştirak edib.
Olimpiya sistemi üzrə keçirilən turnirdə bütün oyunları qələbə ilə başa vuran Murad Ağarəhimov qalib adını qazanıb. Alim Kərimov və Mirkamil Əlifov isə yarışda müvafiq olaraq II və III yerləri tutublar.
Hər üç yerin sahibi fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.