REGİONLAR


Siyəzəndə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Siyəzən, 15 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 15-də Siyəzən rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 101-ci kilometrliyində “Changan” markalı avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildə olan sərnişinlər Natəvan Hüseynova və onun qızı Aytən Hüseynova aldıqları ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan Bakı şəhər sakinləri, 1991-ci il təvvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayeva isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.