REGİONLAR


Siyəzəndə keçirilən əmək yarmarkasında 200-ə yaxın iş yeri təklif olunub VİDEO

A+ A

Siyəzən, 22 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 22-də Siyəzəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasında 27 müəssisə tərəfindən 200-ə yaxın iş yeri təklif olunub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət sarayında təşkil olunan yarmarkada təklif edilən işlərə görə əməkhaqqı 105 manatdan 520 manatadək məbləğdə müəyyənləşdirilib. Təklif olunan iş yerlərinin 109-u qulluqçu, digərləri isə fəhlə və xidmət sahəsinə aid olub.

Siyəzən Rayon Məşğulluq Mərkəzinin direktoru Etibar Heydərov AZƏRTAC-a müsahibəsində bildirib ki, əmək yarmarkasına 200 nəfərdən çox işaxtaran qatılıb. Onlardan 40 nəfərinə işə göndəriş verilib.

Yarmarkada sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.