REGİONLAR


Siyəzəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib VİDEO

A+ A

Siyəzən, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 2-si gecə saatlarında Siyəzəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 118-ci kilometrliyində, rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı 99 AG 039 dövlət nömrə nişanlı “AzSamand” markalı avtomobillə 10 UT 453 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşın toqquşub.

Zərbədən “AzSamand” yol kənarındakı dəmir maneələrə çırpılıb. Avtomobilin sürücüsü 33 yaşlı Davud Rəsulov ağır xəsarətlər aldığından hadisə yerində dünyasını dəyişib. “AzSamand”da olan sərnişinlər Səkinə Hüseynova, Robert Adıgözəlov, Elman Adıgözəlov və “VAZ 2106”nın sürücüsü Mübariz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Yaralılara müvafiq tibbi yardım göstərilib.

Qəzadan sonra hadisə yerində daha bir faciəvi hal yaşanıb. Belə ki, qəzada xəsarət alanlara kömək etmək istəyən Güldəstə İsmayılova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.