REGİONLAR
Siyəzəndə yeniyetmələr arasında dama yarışı keçirilib
Siyəzən, 19 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Gənclər Mərkəzində 10-14 yaşlı yeniyetmələr arasında keçirilən dama üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş yarış iki gün davam edib.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan birincilikdə 30 yeniyetmə qalib adı uğrunda mübarizə aparıb. Yarış yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsinin gücləndirilməsi, onların dama oyununa marağının artırılması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.
Yarışda ən yüksək nəticə göstərən Anar Cəfərov rayon birinciliyinin qalibi olub. Rüstəm Əhmədov və Şahsuvar Müzəffərzadə isə ikinci-üçüncü yerləri bölüşüblər. Onlara Rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]