REGİONLAR


Siyəzəndə yeniyetmələr arasında ən güclü şahmatçılar müəyyənləşib

A+ A

Siyəzən, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 14-15-də Siyəzən Gənclər Mərkəzində 8-14 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçirilən şahmat turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibətilə təşkil olunan rayon birinciliyində 30-dan çox yeniyetmə qalib adı uğrunda mübarizə aparıb.

Siyəzən rayon Gənclər və İdman İdarəsinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən rayon komitəsi tərəfindən təşkil olunan birincilik şahmat idman növünün rayonda inkişafı və yeniyetmələr arasında kütləviliyinə nail olunması, həmçinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyıb.

İki gün davam edən yarışda oğlanlar arasında Bəhlul Mehdiyev, qızlar arasında isə Humay Ağayeva I yeri tutaraq şahmat üzrə rayon birinciliyinin qalibi olublar. Oğlanlar arasında Rüstəm Əhmədov II, Murad Ağarəhimov isə III yeri tutub. Qızlar arasındakı yarışda isə eyni xal toplayan Rəfiqə Əlifova və Nuray Ağayeva II və III yerləri bölüşüblər.

Yarışda yer tutmuş yeniyetmələr təşkilatçılar tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.