REGİONLAR


Siyəzəndə yol hərəkəti qaydalarını pozan 20-dək sürücü inzibati qaydada cəzalandırılıb VİDEO

A+ A

Siyəzən, 29 avqust, Elxan Yusifli, AZƏRTAC

Siyəzən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində reyd keçirib.

AZƏRTAC xəbər verir ki, axşam saatlarında keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 20-yə yaxın sürücü inzibati qaydada cəzalandırılıb.

Reyd zamanı sürət həddini aşan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə daha çox rast gəlinib. İki sürücünün isə avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib. Bununla yanaşı, reyd zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən iki nəfər də aşkarlanaraq barələrində inzibati qaydada protokollar tərtib edilib.

Siyəzən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Əliağa Əsgərbəyli bildirib ki, bu kimi reydlərin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkarlayaraq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.