ELM VƏ TEXNOLOGİYA


Skafandrların sınağı üçün istifadə olunan robot hərraca çıxarılıb

A+ A

Bakı, 10 sentyabr, Günel Məlikova, AZƏRTAC

NASA 1963-1965-ci illərdə skafandrların sınağı üçün istifadə olunan robotu hərraca çıxarıb.

AZƏRTAC “VistaNews” saytına istinadla xəbər verir ki, astronomların orbitdə təhlükəsiz işləmələri istiqamətində bir çox məlumatların əldə edilməsində bu mexaniki müqəvvanın əvəzsiz xidməti olub. Ondan, həmçinin, skafandrın daxili və xarici təzyiqinin öyrənilməsində istifadə edilib. Ölçüsü tənzimlənə bilən robotun boyu ən azı 1,67, ən çoxu isə 1,98 metr olur. Bədən hissəsinə yerləşdirilən, insanın qan dövranı sistemini xatırladan neylon borular vasitəsilə axan bitki yağı robotun bütün “bədən”ini əhatə edir.

İki nüsxədə istehsal olunan robotun biri eksponat olaraq ABŞ-ın Smitson elmi institutunda saxlanılır. Hərraca çıxarılan ikinci robotun başlanğıc qiyməti 80 min ABŞ dolları dəyərində müəyyən edilib. Hərrac cari il sentyabrın 15-dən 26-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.