İDMAN


“Şkendiya”–“Neftçi” matçını belçikalı hakimlər briqadası idarə edəcək

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şkendiya” (Makedoniya) – “Neftçi” (Bakı) oyununa hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, görüşün baş hakimi belçikalı Erik Lambrexts olacaq.

Ona həmyerliləri Karel de Rokker və Jo de Veyrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frederik Qeldhof yerinə yetirəcək. UEFA nümayəndəsi Krouford Uilson (Şimali İrlandiya), hakim-inspektor isə Nikolae Qriqoresku (Rumıniya) olacaq.

Qeyd edək ki, iyulun 21-də “Filip II Makedonski” stadionunda keçiriləcək “Şkendiya”–“Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.