DÜNYA


Skotlend-Yard: Londonda yanğın zamanı itkin düşmüş 58 nəfər yəqin ki, ölüb

Bakı, 17 iyun, AZƏRTAC

Londonda “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğın zamanı 58 nəfər itkin düşüb və onlar yəqin ki, ölüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat Skotlend-Yard tərəfindən yayılıb. Polis nümayəndəsinin bildirdiyinə görə, həmin şəxslər yanğın vaxtı binada olublar.

Xatırladaq ki, iyunun 14-nə keçən gecə Londonun qərbindəki 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın nəticəsində azı 30 nəfərin həlak olduğu rəsmən təsdiqlənib, onlarla insanın itkin düşdüyü bildirilir. Hazırda xəstəxanalarda müalicə olunan zərərçəkənlərdən bir çoxunun vəziyyəti ağır olaraq qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.