İDMAN


Skvoş üzrə Bakı çempionatına yekun vurulub

Bakı, 1 iyun, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən skvoş üzrə paytaxt çempionatı keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda 20 idmançı iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ömər Qəhrəmanov birinci olub. Yaroslav Şuvayev yarışı ikinci, Genadiy Klim isə üçüncü pillədə başa vurublar.

Mükafatçılara Baş İdarə tərəfindən diplom və medallar təqdim olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.